Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xalqın dəstəyinə arxalanan Prezident

0

  •                 Bildiyimiz
    kimi, 24 dekabr ölkə başçımız İlham Əliyevin doğum günüdür. O, orta təhsilini
    (1967-1977) Bakı şəhərində almışdır. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr
    institutuna daxil olub və oranı müvəffəqiyyətlə bitirmişdir. 1985 –ci ildə
    Disertasiya müdafiə edən İlham Əliyev Tarix elmlər namizədi alimlik dərəcəsi
    alıb və 1990-cı ilədək MDBƏİ-də müəllim işləyib. 1994-2003-cü illərdə Azərbaycan
    Respublikası Dövlət Neft şirkətinin (SOKAR) Vitse-Prezidenti sonra isə Birinci
    Vitse Prezidenti vəzifəsində çalışıb. 1995-ci və 2000-ci iilərdə Milli Məclisə
    üzv seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa şurası Parlament
    Assambleyasında (AŞPA) Azərbaycan Nümayəndə Heyyətinin rəhbəri olub.

      Ölkə
    başçımız hər il olduğu kimi bu il də öz doğum gününü Azərbaycan xalqı ilə
    birlikdə qeyd etdi. Digər ad günlərindən fərqli olaraq bu ilki ad günü daha
    yadda qalan oldu. O, ad gününü Azərbaycanın dilbər guşəsi olan, ayrılmaz hissəsi
    olan Şuşada qeyd etdi. Bir ölkə başçısı üçün 30 il düşmən tapdağında qalan ərazini
    azad edib və öz doğum gününü xalqı ilə həmin ərazidə qeyd etmək çox
    qürurvericidi. Bu hər rəhbərə qismət olmur. İlham Əliyev öz çıxışında bunları
    vurğulamışdır.

       Bu
    gün biz azad Qarabağdayıq.Bu gün biz azad Zəngəzurdayıq. Biz-bu torpaqların
    sahibləri bu torpaqlara qayıtmışıq və bundan sonra biz bu torpaqlarda əbədi
    yaşayacağıq.  Azərbaycan xalqının mənim
    sözlərimə inamı məni daha da çox inandırır ki, biz buna nail olacağıq. Xalqımız
    birləşdi bir amal uğrunda, bir müqəddəs ideya uğrunda birləşdi və istədiyinə
    nail oldu.

       Ölkə
    başçısı öz ad günlərini demək olar ki, qeyd etmir. Adətən ad günlərinə təsadüf
    edən günlərdə hansısa sosial obyektlərin açılışında iştirak edir, məcburi
    köçkünlərlə, şəhid ailələri ilə görüşür. Şəhid ailələri üçün inşa edilmiş yeni
    evlərin açılışında, yeni salınmış köçkün qəsəbələrində bu kataqoriyadan olan
    insanlarla görüşür. Təsadüfi deyil ki, ölkə başçımız 50 illiyini də məcburi
    köçkünlərlə bərabər qeyd etmişdir. 50 illiyini Qarabağda-Ağcəbədidə keçirən
    Prezidentimiz, 60 illiyini isə Qarabağda-bu dəfə şuşada qeyd etdi. Bu iki tarix
    arasında bir canlı bağlantı var. Ölkə ərazisində və bölgədə gedən proseslərə
    biz sadəcə olaraq seyirci deldik. Bu gün işğaldan azad edilmiş torpaqlarda azərbaycan
    bayrağı dalğalanır. Bu gün Azərbaycan əsgərləri bizim işğal edilmiş torpaqlarda
    Ermənilərin qazdıqları səngərlərdə küşik çəkirlər. Onlar bizim yox, biz onların
    səngərlərində, biz onların postlarında, biz onların tanklarında. Qənimət kimi
    götürülmüş o, hərbi texnikadan indi biz istifadə edirik. Onların tankları indi
    döyüş meydanında onlara qarşı vuruşur. Budur Azərbaycan xalqının bütövlüyü, bir
    yumruq kimi birləşməyimizin əyani sübutu,ölkə, ordu olaraq üstünlüyümz. Bu həmişə
    də belə olacaq xalq olaraq, millət olaraq ölkə başçımızın ətrafında daim birləşəcəyik,
    birlik nümaiş etdirəcəyik. Ölkə başçımız da azərbaycan xalqına güvənərək,
    arxalanaraq atdığı hər addımda daha məsuliyətli daha qürurludu. Biz həmişə onun
    yanındayıq ona dəstəyik o, bizim liderimizdir.

     Venera Rəsulova,

    Xocalı rayon Kərkicahan qəsəbə tam orta məktəbinin
    müəllimi 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib50 dəfə
    Xalqın dəstəyinə arxalanan Prezident

    Maraqlı gələ bilər
    45
    88